Tramp-Putin görüşü | Proqram təsdiqlənib

      Tramp-Putin görüşü    | Proqram təsdiqlənib
  14 Avqust 2025    Oxunub:993
"Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp sabah Alyaska ştatının Ankoric şəhərində yerləşən "Elmendorf-Riçardson" Hərbi Hava Qüvvələri bazasında Moskva vaxtı ilə 22:30-da görüşəcəklər".
Bu sözləri Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov yerli mətbuata açıqlamasında söyləyib. O vurğulayıb ki, görüşün proqramı artıq razılaşdırılıb. Prezidentlər əvvəla təkbətək, ardınca isə geniş tərkibdə danışıqlar aparacaqlar.

"Danışıqların müddəti isə müzakirələrin necə keçəcəyindən asılıdır. Sammitin əsas mövzusu Ukrayna böhranının həllidir, ancaq digər mövzulara da toxunulacaq. Sammit üçün seçilmiş yer ABŞ və Rusiya arasındakı hərbi qardaşlıq tarixi baxımdan əhəmiyyətlidir. Belə ki, vaxtı ikən ABŞ-dən SSRİ-yə uçan təyyarələrdə həyatını itirmiş 9 sovet pilotu sözügedən bazanın yaxınlığında torpağa tapşırılıb", - Uşakov bildirib.

Prezidentin köməkçisinin məlumatına əsasən, geniş tərkibdə görüş "5-ə 5" formatında baş tutacaq. Rusiya tərəfindən danışıqlara Yuri Uşakovun özü, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Vyaçeslav Belousov, maliyyə nazirliyi Anton Siluanov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RFPİ) rəhbəri Kiril Dmitriyev qoşulacaqlar. Görüşün yekununda liderlər birgə mətbuat konfransı keçirəcəklər.
The Economist: "Alyaskada sanksiyaların ləğvi də nəzərdən keçiriləcək"

Bu, sabiq prezident Co Bayden ilə Vladimir Putin arasında 2021-ci ilin 16 iyununda İsveçrənin Cenevrə şəhərində aparılmış danışıqların ardınca ilk ABŞ-Rusiya liderlər sammiti kimi tarixə düşəcək. Vladimir Putin və Donald Tramp isə axırıncı dəfə 28 iyun 2019-cu il tarixində Yaponiyanın Osaka şəhərində keçirilən "G20" sammitində görüşmüşdülər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   prezident   görüş  



Xəbər lenti